Dek 01, 2025 | 12:00 / Təhsil
27.11.2025-ci il tarıxində ARETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ümumiləşdirilmiş iclasında institutumuzun fəlsəfə üzrə doktorantı “Mineral sorbentlər” laboratoriyasının elmi işçisi Cabarov Elvin Eyvaz oğlunun 2307.01 – “Fiziki-kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsı almaq üçün təqdim etdiyi “Cr3+ və Ni2+ ionlarının məhlullardan çıxarılması və prosesin modelinin işlənməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirildı. Dissertasiya işinin elmi rəhbərləri: kimya elmləri doktoru Əli İbrahim oğlu Yaqubov və kimya elmləri doktoru Zenfira Rza qızı Ağayevadır.
Dissertasiyanın rəyçiləri - k.ü.f.d.Rüstəmova Ceyran Teymur qızı və k.ü.f.d Şərifova Ülviyyə Novruz qızı olmuşdular. İclasın sədri kimya elmləri doktoru, prof. İmir Əliyev iddiaçı haqqinda qısa məlumatları çatdırmaq üçün sözü elmi katib k.ü.f.d. Allazova Nigar xanıma verdi. Sonra isə dissertasiya işini təqdim etmək üçün söz iddiaçı, elmi işçi Cabarov Elvinə verildi. Cabarov Elvinin çıxışından sonra söz rəyçilərə k.ü.f.d.Rüstəmova Ceyran Teymur qızı vək.ü.f.d Şərifova Ülviyyə Novruz qızına verildi. İddiaçı rəyçinin iradlarına və verilən suallara cavab verdi.
Deyilənləri nəzərə alaraq qərara alındı ki, elmi işçi Cabarov Elvin Eyvaz oğlunun kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2307.01- “Fiziki-kimya” ixtisası üzrə təqdim etdiyi “Cr 3+ və Ni2+ ionlarının məhlullardan çıxarılması və prosesin modelinin işlənməsi”dissertasiya işi elmi dərəcə almağa layiqdir və iş həcmi, elmi yeniliyi, aktuallığı və praktiki əhəmiyyəti baxımından Ali Atestasiya Komissiyasının fəlsəfə doktorluğu dissertasıya işlərinə qoyduğu tələblərə tam cavab verdiyi üçün institutda 2307.01- “Fiziki-kimya” ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müvafiq ixtisas üzrə fəaliyyət göstərən Dissertasiya şurasının nəzdindəki Elmi şurada müzakirəyə təqdim etmək olar.









