Xəbərlər
Alimlər hüceyrələrdə zülalı müdaxiləsiz izləmək üsulu tapdı
Dek 02, 2025 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2164 dəfə

Alimlər hüceyrə daxilində zülal fəaliyyətini invaziv texnika olmadan müşahidə etməyə imkan verən yeni yanaşma üzərində işlərini yekunlaşdırıblar.

Yeni metod sayəsində tədqiqatçılar hüceyrələrə müdaxilə etmədən, təbii flavoproteinlər vasitəsilə zülal proseslərini izləyə biləcəklər.

Ekspertlər bildirir ki, bu yanaşma biologiya və tibb sahəsində bir sıra tədqiqatların aparılmasını sürətləndirə, xəstəliklərin molekulyar səviyyədə öyrənilməsini və yeni dərmanların inkişafını asanlaşdıra bilər. Metod, həmçinin gələcəkdə gen terapiyası və hüceyrə bioinformatikası sahələrində də tətbiq imkanlarına malikdir.

Alimlərin sözlərinə görə, flavoprotein əsaslı müşahidə üsulu hüceyrələrin təbii fəaliyyətini pozmadan zülal dinamikasını izləməyə imkan verir ki, bu da elm dünyasında əhəmiyyətli addım hesab olunur.

azedu.az

JURNALLAR
Faydalı linklər