Xəbərlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının yeni kitabı nəşr olunmuşdur.
Dek 02, 2025 | 12:15 / Nəşrlər
Oxunub 2367 dəfə

AR ETN Kataliz və Qeyri‑üzvi Kimya İnstitutunun elmi işçisi Ç.M.Şabanova,professor M.M.Əsədov, 

baş direktoru akademik D.B.Tağıyevin «Оптимальное Моделирование Химико-Технологических

Процессов в Контексте Стратегии по Смягчению и Адаптации к Изменению Климата» adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyada davamlı istehsal, enerji səmərəliliyi, tullantıların minimuma endirilməsi və dekarbonlaş-

maya keçid üçün texnoloji innovasiya strategiyasının tətbiqinə yanaşmalar haqqında məlumat verilir.

Həmçinin, kimya-texnoloji proseslərin optimal modelləşdirilməsinin iqlim dəyişikliyinə təsiri təhlil olunur. Qabarıq optimizasiya əsasında kimya-texnoloji proseslərin optimal sahələrinin müəyyən edilməsinin mövcudluğu və üstünlükləri üçün əldə edilən məlumatlar təqdim edilir. Rəqəmsal axının vizuallaşdırılması metodu təsvir olunur. Bir neçə kimya-texnoloji prosesin optimal dizaynının nəticələri göstərilir.

Xüsusilə, zəhərli tullantıların müəyyən edilməsi, tullantıların minimuma endirilməsi üçün proseslərin optimal dizaynı və enerji mənbələrinin istehsalı ilə bağlı ekoloji yönümlü kimyəvi-texnoloji proseslərin optimal modelləşdirilməsinin rəqəmsal vizuallaşdırılmasının nəticələri göstərilir. Monoqrafiyada təqdim olunan elmi nəticələr tələbə və aspirantların elmi biliyinə müəyyən töhfələr verə bilər.

Ч.М.Шабанова, М.М.Асадов, Д.Б.Тагиев «Оптимальное моделирование химико-технологических процессов в контексте стратегии по смягчению и адаптации к изменению климата». Баку, издательство «Элм», 2025 - 165 с.

JURNALLAR
Faydalı linklər