Xəbərlər
Foto
Dissertasiya işinin ilkin müzakirəsi keçirildi
Dek 04, 2025 | 10:53 / Mühüm hadisələr
Oxunub 3028 dəfə

03.12.2025-ci il tarıxində ARETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ümumiləşdirilmiş iclasında institutumuzun  2316.01 -“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə doktorantı, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları”  laboratoriyasının elmi işçisi Aygün Fəxrəddin qızı İsazadənin 2316.01 -“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsı almaq üçün təqdim etdiyi “Polimerlərə immobilizə olunmuş nanoölçülü manqan katalizatorlarının iştirakı ilə n-C6-C8 alkanların oksidləşməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirildi. Dissertasiya işinin elmi rəhbərlərikimya elmləri doktoru Nizami Allahverdi oğlu Zeynalov və elmi məsləhətçi, kimya elmləri doktoru, akademik Tağıyev Dilqəm Bəbir oğludur.

Dissertasiyanın rəyçiləri - k.ü.f.d.Əliyeva Mahizər və k.ü.f.d Muradova Pəri olmuşdular. İclasın sədri kimya elmləri doktoru, professor Nəhməd Əli-zadə iddiaçı haqqında qısa məlumatları çatdırmaq üçün sözü elmi katib k.ü.f.d. Əzimova Günel xanıma verdi. Sonra isə dissertasiya işini təqdim etmək üçün söz iddiaçı, elmi işçi İsazadə Aygünə verildi. İsazadə Aygünün çıxışından sonra söz rəyçilərə k.ü.f.d.Əliyeva Mahizər və  k.ü.f.d Muradova Pəri xanıma verildi. İddiaçı rəyçinin iradlarına və verilən suallara cavab verdi.

Deyilənləri nəzərə alaraq qərara alındı ki, elmi işçi İsazadə Aygün kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  2316.01 -Kimyəvikinetikavə kataliz ixtisası üzrə təqdim etdiyi “Polimerlərə immobilizə olunmuş nanoölçülü manqan katalizatorlarının iştirakı ilə n-C6-C8 alkanların oksidləşməsi” dissertasiya işi elmi dərəcə almağa layiqdir və iş həcmi, elmi yeniliyi, aktuallığı və praktiki əhəmiyyəti baxımından Ali Atestasiya Komissiyasının fəlsəfə doktorluğu dissertasıya işlərinə qoyduğu tələblərə tam cavab verdiyi üçün institutda 2316.01 -Kimyəvikinetikavə kataliz ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müvafiq ixtisas üzrə fəaliyyət göstərən Dissertasiya şurasının nəzdindəki Elmi şurada müzakirəyə təqdim etmək olar.  

JURNALLAR
Faydalı linklər