Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Dissertasiya işinin ilkin müzakirəsi keçirildi.
Noy 28, 2025 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1701 dəfə

28 noyabr 2025-ci il tarixində saat 10:30-da AMEA nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı Mustafayeva Nərmin Ələsgər qızının 2316.01 “Кimyəvi кinetika və каtaliz” ixtisası üzrəPropan qazından karbon nanoborularının sintezi və onların karbohidrogenlərin katalitik oksidləşmə proseslərində tədqiqi mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun bir neçə laboratoriyasının uyğun ixtisasçıları iştirak etmişlər.

Elmi rəhbər (Elmi məsləhətçi):    AMEA-nın müxbir üzvü, professor Eldar Bahadır oğlu Zeynalov

Rəyçilər: k.ü.f.d. Ulduz Məmmədova,  k.ü.f.d. Əli Əli-zadə

Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d. Ulduz Məmmədova,  k.ü.f.d. Əli Əli-zadənin çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda dissertant  Mustafayeva Nərmin Ələsgər qızının dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.

JURNALLAR
Faydalı linklər