Dek 12, 2025 | 13:00 / Mühüm hadisələr
11.12.2025-ci il tarixində ARETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ümumiləşdirilmiş iclasında institutumuzun 3303.01 - “kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə doktorantı, “Kimya sənayesinin yan məhsullarının emalı” laboratoriyasının elmi işçisi Şəfiqə Dilqəm qızı Əliyevanın 3303.01 - “kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsı almaq üçün təqdim etdiyi “Etilen istehsalının yüngül piroliz qətranının səmərəli emalı texnologiyasının işlənməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirildi. Dissertasiya işinin elmi rəhbəri: texnika elmləri doktoru, professor Fikrət Məmməd oğlu Sadıqovdur.
Dissertasiyanın rəyçiləri - k.ü.f.d. dosent Əliyev Qoşqar və k.ü.f.d. Kərimli Vəfa olmuşlar. İclasın sədri texnika elmləri doktoru, professor Qüdrət Kəlbəliyev iddiaçı haqqında qısa məlumatları çatdırmaq üçün sözü k.ü.f.d. dosent Quliyeva Aybəniz xanıma verdi. Sonra isə dissertasiya işini təqdim etmək üçün söz iddiaçı, elmi işçi Əliyeva Şəfiqəyə verildi. Əliyeva Şəfiqənin çıxışından sonra söz rəyçilərə k.ü.f.d. Əliyev Qoşqar və k.ü.f.d Kərimli Vəfaya verildi. İddiaçı rəyçinin iradlarına və verilən suallara cavab verdi.
Deyilənləri nəzərə alaraq qərara alındı ki, elmi işçi Əliyeva Şəfiqə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3303.01 -“Kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə təqdim etdiyi “Etilen istehsalının yüngül piroliz qətranının səmərəli emalı texnologiyasının işlənməsi” dissertasiya işi elmi dərəcə almağa layiqdir və iş həcmi, elmi yeniliyi, aktuallığı və praktiki əhəmiyyəti baxımından Ali Attestasiya Komissiyasının fəlsəfə doktorluğu dissertasıya işlərinə qoyduğu tələblərə tam cavab verdiyi üçün Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 3303.01 - “kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə fəaliyyət göstərən Dissertasiya şurasının nəzdindəki Elmi şurada müzakirəyə təqdim etmək olar.









