Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirildi.
Dek 17, 2025 | 10:00 / Təhsil
Oxunub 2971 dəfə

İnstitutun baş direktoru akademik Dilqəm Tağıyevin 03 dekabr 2025-ci il tarixli 337 №-li əmrinə əsasən İnstitutun elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası 16 dekabr 2025-ci il tarixində keçirildi.

Beş ixtisas üzrə 40  nəfər attestasiya olunmuşdur.

Elmlər  doktoru  hazırlığı  üzrə  - 17 

Fəlsəfə  doktoru  hazırlığı  üzrə - 23

İnstitutun doktorant və dissertantlarının fərdi iş planları yoxlanılmış, onların çıxışları, verilən suallara cavablarını dinlənilmiş, dərc olunmuş elmi əsərləri haqqında məlumat alınmışdır. Elmi rəhbər və  məsləhətçilərin fikrini öyrəndikdən sonra Attestasiya komissiyası aparılan elmi-tədqiqat işlərini qənaətbəxş hesab etmişdir.

JURNALLAR
Faydalı linklər