Yan 19, 2026 | 09:38 / Mühüm hadisələr
Kimya İnstitutunun əməkdaşları: prof. E. H. Ismayılov , a.e.i. S. N. Osmanova, a.e.i. A. I. Rüstəmovanın “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan Q1 kateqoriyalı “Catalysts” jurnalında “Maye fazada benzolun fenola dəmir/mordenit katalizatorlarının iştirakı ilə birbaşa hidroksilləşməsi:Birgə DLS–EPR tədqiqatı və stabilliyin termodinamik təhlili” adlı məqaləsi dərc olunmuşdur.
Benzolun fenola maye fazada hidrogen peroksidlə birbaşa katalitik hidroksilləşməsi “yaşıl kimya”nın əsas istiqamətlərindən biridir. Bu məqalədə hidrogen peroksidin 30%-li su məhlulu ilə benzolun fenola maye fazada hidroksilləşməsi prosesində dəmir/mordenit katalizatorunun stabilliyinin katalitik ölçmələrlə bərabər in situ rejimdə işığın dinamik səpilməsi (İDS) və elektron paramaqnit rezonansı (EPR) spektrlərinin tədqiqinin nəticələri təqdim olunur. Katalitik sistemin stabilliyi Lyapunov meyarı baxımından sərbəst Gibbs enerjisinin dəyişməsi (səth enerjisi nəzərə alınmaqla) araşdırılmış və katalitik sistemin stasionar hala doğru təkamülünün riyazi modeli verilmiş, ultrasəsin təsiri ilə katalitik aktivliyin bərpası şəraiti müəyyən edilmişdir. Göstərilmişdir ki, dispers sistemin katalitik aktivliyi hidrogen peroksidin mordenit səthində stabilləşən nanoölçülü maqnetit hissəcikləri ilə reaksiyası nəticəsində əmələ gələn hidroksil radikalları ilə müəyyən olunur.
E. H. Ismailov, L. Kh. Qasimova, S. N. Osmanova, A. I. Rustamova, L. V. Huseynova, S. A. Mammadkhanova and Sh. F. Tagiyeva. Direct Liquid Phase Hydroxylation of Benzene to Phenol over Iron-Containing Mordenite Catalysts: Combined DLS–EPR Study and Thermodynamic - Stability Analysis”//Catalysts 2026, 16, 89
Məqalə ilə bu linkə daxil olmaqla, tanış olmaq olar:
https: //doi.org/10.3390/catal16010089









