Yan 21, 2026 | 11:47 / Mühüm hadisələr
Kimya İnstitutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasının müdiri professor Akif Əliyevin xarici həmkarları ilə birlikdə “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan Q1 kateqoriyalı “International Journal of Hydrogen energy” jurnalında “Green hydrogen energy prospects: Georgia - Azerbaijan strategic partnership” adlı məqaləsi dərc olunub.
Məqalədə 21-ci əsrin enerji keçidi kontekstində Gürcüstanda yaşıl hidrogenin inkişaf potensialı və onun Azərbaycanla enerji əməkdaşlığındakı strateji əhəmiyyəti, xüsusən də iqlim dəyişikliyi və ətraf mühit problemlərinin enerji idxalından asılılığın azaldılmasını və bərpa olunan enerjinin inkişafının sürətləndirilməsi araşdırılır. Burada yaşıl hidrogen istehsalı üçün innovativ materialların və metodların bərpa olunan enerji mənbələrinin məkan xəritələşdirilməsi və elektrokimyəvi tədqiqatlar vasitəsilə necə istifadə edilə biləcəyi müzakirə olunur. Məqalədə beynəlxalq təşkilatların son enerji siyasəti sənədləri nəzərdən keçirilir və təhlil edilir, innovativ və inteqrasiya olunmuş enerji modelləri təklif olunur. Həmçinin Gürcüstan və Azərbaycanın yaşıl enerjinin genişlənməsini sürətləndirmək üçün lazımi şəraitə malik olduğu nümayiş etdirilir.
• Avropa və qlobal bazarlar üçün nəqliyyat dəhlizi, eləcə də Şərq-Qərb ticarəti üçün dəhliz təmin edən strateji yer.
• Qara dəniz limanlarında və tranzit obyektlərində təcrübə və infrastruktur.
• Əhəmiyyətli bərpa olunan enerji potensialı.
Tatishvili G., Aliyev A., Bolashvili N., Tsatsanashvili M., Nioradze N., Kvinikadze L. Green hydrogen energy prospects: Georgia - Azerbaijan strategic partnership. International Journal of Hydrogen Energy, 2025, Volume 193, 152258
Məqalə ilə bu linkə daxil olmaqla, tanış olmaq olar:
https://www.sciencedirect.com/science/article/abs/pii/S0360319925052619









