Yan 28, 2026 | 15:13 / Nəşrlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının 18 noyabr 2025-i il tarixli, 7 №-li protokoluna əsasən ingilis dildə “METAL COMPLEXES OF MODULATED OLIGO-α-PYRIDYLAMINES” adlı kitab nəşr olunub.
Kitabın müəllifləri İnstitutun “Molekulyar maqnetiklər və keçiricilər” laboratoriyasının müdiri kimya elmləri doktoru Rayyət İsmayılov və böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru Səbinə İsmayılova, elmi redaktoru akademik Ə.Ə. Məcidov, rəyçiləri isə k.e.d., professor F.M. Çıraqov və k.e.d., professor İ.U. Lətifovdur.
Kitabda oliqo-α-piridilamin ligandları ilə əmələ gələn keçid metal komplekslərinin (Cu, Ni, Co, Fe) sintezinə, quruluşuna, spektral xüsusiyyətlərinə və maqnit xüsusiyyətlərinə, eləcə də pirazin, pirimidin, pikolin və naftiridinlə modifikasiya olunmuş analoqlarına diqqət yetirir.
Kitab bu sahədə tədqiqat aparan mütəxəssislər üçün maraqlı olacaq. Qeyd etmək lazımdır ki, müzakirə olunan demək olar ki, bütün birləşmələr üçün elementar analizin, spektral və kütlə spektrometrik analizlərin nəticələri, eləcə də rentgen quruluş tədqiqatlarından əldə edilən məlumatlar toplanıb təqdim edilmişdir. Bizim fikrimizcə, bu, kitabı daha dəyərli və istifadə üçün rahat edir.
R.H.Ismayilov, S.Z.Ismayilova “Metal complexes of modulated oligo-α-pyridylamines”. Baku. Science Publishing. 223p.









