Yan 30, 2026 | 17:00 / Konfranslar, iclaslar
"Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması" layihəsi çərçivəsində "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi ilə AR ETN Kimya Institutunda görüş keçirilb.
Görüşdə DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi İlka Levinqton, AR Bərpa Olunan Enerji Mənbələrinin Dövlət Agentliyi “Hidrogen və Yaşıl Texnologiyalar” şöbəsinin müdiri Fuad Muştaqov və Kimya Institutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasının müdiri professor Akif Əliyev, dosentlər Leyla Məşədiyeva və Vüsalə Məcidzadə iştirak ediblər.
Qeyd olunub ki, "Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması" layihəsinin 1-ci mərhələsi çərçivəsində Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən hazırlanaraq COP 29 konfransı zamanı təqdim edilmişdir. Bu layihənin 2-ci mərhələsinin icrasına başlanması məqsədilə AYİB tərəfindən keçirilmiş müsabiqənin qalibi olmuş "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi İlka Lewington layihə barəsində məlumat verdi.
Sonra Azərbaycanda Yaşıl enerjiyə keçidin mövcud vəziyyəti haqıında diskussiya və qiymətləndirilmə aparıldı. Problemin çatışmayan tərəflərinə dəstək məqsədilə Qərbi-Avropa ölkələrinin bu sahədə çalışan mütəxəssisləri ilə birgə işlərin qurulmasının vacibliyi vurğulandı. Qonaqlar professor Akif Əliyevə bu sahədə laboratoriyaya mümkün qədər dəstək göstərməyə çalışacaqlarını bildirib. Sonda, qonaqlar Kimya Institutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.









