Xəbərlər
Kimya İnstitutunun əməkdaşlarının digər yerli və xarici həmkarlarla birgə məqaləsi Scopus və Web of Science bazalarında indeksləşən jurnalda dərc olunmuşdur
Fev 13, 2026 | 12:23 / Mühüm hadisələr
Oxunub 112 dəfə

AR ETN  Kimya İnstitutunun əməkdaşlarının “Structural, Morphological and Thermal Characterization of Crosslinked Samples from Avocado Seed Waste for Sorption of Ni(II) Ions” adlı məqaləsi “Scopus”, “Web of Science” və digər nüfuzlu beynəlxalq bazalara daxil edilmiş (kvartili Q2 və impakt faktoru 2.3) İngiltərənin (UK) “Taylor & Francis” nəşriyyatının “International Journal of Environmental Analytical Chemistry”  jurnalında çap olunmuşdur.

Məqalə tullantı avokado toxumu tozundan alınan nümunələrin funksional xassələrini yaxşılaşdırmaq, quruluşunu dəyişərək onun sorbsiya qabiliyyətini artırmaq məqsədilə qliserin və limon turşusu kimi üzvi birləşmələrlə tikilməsinə həsr edilmişdir. Avokado toxumu tozunun pH-ı, tərkibində nəmin miqdarı, həllolma qabiliyyəti araşdırılmışdır. Təqdim olunan məqalədə ilkin, qliserin və limon turşusu ilə ayrı-ayrılıqda tikilmiş avokado toxumu-əsaslı sorbentlərin struktur xüsusiyyətləri FTIR, PXRD, SEM, TGA və DSC analizlərindən istifadə etməklə təhlil edilmişdir. Həmçinin, müəyyən şərtlər altında avokado toxumu nümunələrinin Ni(II) ionlarına qarşı sorbsiya qabiliyyəti və sorbsiya tutumu hesablanmışdır.

Sevda Fatullayeva, Nuraddin Huseynov, Dilgam Tagiyev, Nizami Zeynalov, Akif Guliyev, Dunya Babanly, Maxime Florent, Shamil Tagiyev, Ayten Guliyeva. "Structural, morphological and thermal characterisation of crosslinked samples from avocado seed waste for sorption of Ni(II) ions". International Journal of Environmental Analytical Chemistry (2026).

https://doi.org/10.1080/03067319.2025.2525549

 

JURNALLAR
Faydalı linklər