Fev 19, 2026 | 12:12 / Nəşrlər
Kitab Daşkəsən yatağının kobalttərkibli filizindən kobaltın çıxarılması istiqamətində tədqiqatlara həsr edilmişdir. Kobaltın filizlərdən çıxarılmasının optimal şəraiti, həmçinin sulfid filizinin emal məhsullarından kobaltlı birləşmələrin ayrılmasının kimyəvi qanunauyğunluqları öyrənilmişdir. Daşkəsən yatağının kobalt filizindən kobaltın alınması üçün pirometallurgiya və hidrometallurgiya üsulları tətbiq edilmişdir.
Kobalt filizinin və onun emal məhsullarının kimyəvi və mineraloji analizi aparılmış, xam kobalt filizini mineral turşularda (H2SO4, HCl) həll etməklə, məhlula çıxım dinamikası tədqiq edilmişdir. Kobalt filizinin sulfatlaşdırıcı yanma aparılması və termiki parçalanmasının kinetik qanunauyğunluqları, termiki parçalanmış kobalt filizinin ammonium xloridlə emalının optimal şəraiti tədqiq edilmişdir. Emal məhlullarından kobaltın və onu müşayiət edən elementlərin çökdürülərək ayrılması istiqamətində tədqiqatlar aparılmışdır. Kobaltın istehsalının yeni texnologiyası ekstraksiya prosesləri tətbiq edilmişdir. Kobaltın məhlullardan ekstraksiya üsulu tətbiq etməklə, həmçinin müxtəlif ekstragentlərdən istifadə edərək kobaltı onu müşaiyət edən metallardan ayrılması tədqiq edilmişdir.
Kitab metallurgiya sahəsində çalışanlar, həmçinin tələbələr və aspirantlar üçün nəzərdə tutulub.
Yusifova Nailə Vaqif qızı “Daşkəsən yatağının kobalttərkibli filizinin emalı”. Bakı: “AFPoliqraf”, 2025, - 160səh.









