Xəbərlər
Kimya İnstitutunun əməkdaşlarının yeni kitabı nəşr olunmuşdur.
Fev 20, 2026 | 11:56 / Nəşrlər
Oxunub 89 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının 18 noyabr 2025-i il tarixli, 7 №-li protokoluna əsasən «Электронный магнитный резонанс и динамическое рассеяние света в жидкофазных металлокомплексных каталитических системах» (Maye fazalı metalkompleks katalitik sistemlərdə elektron maqnit rezonansı və işığın dinamik səpilməsi) adlı kitab nəşr olunub.

Kitabın müəllifləri Kimya İnstitutu PHŞ-nin “Molekulyar maqnetiklər vəkeçiricilər” laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəsəfə doktoru Sevinc Osmanova və “Fiziki-kimyəvi analiz mərkəzi”nin rəhbəri, kimya elmləri doktoru, professor Etibar İsmayılov, elmi redaktoru AMEA-nın müxbir üzvü M.B.Babanlı, rəyçiləri isə k.e.d., professor İ.B.Bəxtiyarlı və k.e.d., professor A.Ş. Əliyevdir.

Kitab maye fazada metal-kompleks katalitik sistemlərin tədqiqində elektron maqnit rezonansı (EMR) və işığın dinamik səpilməsi (İDS) metodlarının tətbiqinə həsr olunmuş fundamental elmi tədqiqat əsəridir, kitabda para-, superpara/ferromaqnit xassəli nikel (Ni) və kobalt (Co) əsaslı katalitik sistemlərin quruluş–elektron xüsusiyyətləri və onların kiçik kütləli olefinlərlə qarşılıqlı təsir mexanizmləri araşdırılır. Bununla yanaşı, kitabda metallokomplekslərin iştirakı ilə maye fazada gedən katalitik reaksiyaların termodinamika və kinetikası, həmçinin bu sistemlərin tədqiqində in-situ/operando rejimində istifadə olunan eksperimental texnika və üsullar qeyd olunur.

С.Н.Османова, Э.Г.Исмаилов “Электронный магнитный резонанс и динамическое рассеяние света в жидкофазных металлокомплексных каталитических системах”. Баку. Издательство «Имза». 264 с.

JURNALLAR
Faydalı linklər