Xəbərlər
İnstitutun əməkdaşlarının məqaləsi Q2 reytinqli beynəlxalq jurnalda dərc olunub.
Fev 24, 2026 | 10:45 / Mühüm hadisələr
Oxunub 73 dəfə

Kimya İnstitutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasının müdiri professor Akif Əliyevvə əməkdaşları Vüsalə Məcidzadə və Nəzakət Əliyeva Məmmədovanın digər həmkarlarla birlikdə “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan Q2 kateqoriyalı Journal of Electrochemical Science and Engineering” jurnalında “Study of the electroreduction process of indium ions from aqueous electrolyte” adlı məqaləsi dərc olunub.

Məqalə sulu turş elektrolitdən indium ionlarının elektroreduksiya prosesinin kinetika və mexanizminin tədqiqinə həsr edilmişdir. Polyarizasiya əyrilərinin çəkilməsi ilə Platin (-0.3 ÷ -1.5 V), nikel (-0.8 ÷ -1.5 V) və Pt/In (-0.63 ÷ -1.5 V) elektrodlarında indium ionlarının elektroreduksiya potensial oblastı müəyyən edilmişdir. Prosesə temperaturun, indium ionlarının qatılığının, potensialın dəyişmə sürəti və disk elektrodunun fırlanma sürəti də daxil olmaqla bir neçə amilin təsiri araşdırılmışdır. Müəyyən edilmişdir ki, həm temperaturun, həm də elektrolitdə indium ionlarının qatılığının artırılması reduksiya prosesini sürətləndirir. Proses əsasən indium ionlarının katod səthinə diffuziyası ilə idarə olunur. Bundan əlavə, fırlanan platin disk elektrodu istifadə edərək polyarizasiya əyriləri əldə edilmişdir. Müxtəlif potensiallarda cərəyan sıxlığının elektrodun fırlanma sürətindən asılılığı göstərmişdir ki, sulu elektrolitdə indium ionlarının elektroreduksiya prosesi diffuziya polyarizasiyası ilə müşayiət olunur.

Nazakat Adil Aliyeva Mamedova, Vusala Asim Majidzade, Sevinj Rahim Mammadova, Asmat Nizami Azizova, Akif Shikhan Aliyev, Dilgam Babir Tagiyev. Study of the electroreduction process of indium ions from aqueous electrolyte: Journal of Electrochemical Science and Engineering, 2026, 16, 2848. https://doi.org/10.5599/jese.2848

 

Məqalə ilə bu linkə daxil olmaqla, tanış olmaq olar:

https://pub.iapchem.org/ojs/index.php/JESE/article/view/2848

JURNALLAR
Faydalı linklər