Xəbərlər
Foto
Kimya İnstitutunda lisey şagirdləri üçün ekskursiya təşkil olunub
Mart 02, 2026 | 15:15 / Görüşlər
Oxunub 40 dəfə

AR ETN Kimya İnstitutu PHŞ-də AzMİU nəzdində fəaliyyət göstərən Fizika-Riyaziyyat təmayüllü liseyin şagirdləri üçün maarifləndirici ekskursiya təşkil edilmişdir.

Tədbir çərçivəsində şagirdlərin institutun bir sıra laboratoriyalarına ekskursiyaları təşkil olunub və onlar üçün “Fiziki kimyəvi analiz” mərkəzində bir sıra maraqlı əyləncəli təcrübələr əyani olaraq göstərilib. Eyni zamanda  şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilmişdir. Müəllim və şagirdlər bu tədbirin onlarda böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu vurğulamışlar.

Qeyd etmək lazımdır ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi həm elmin təbliği, həm də şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

JURNALLAR
Faydalı linklər