Xəbərlər
Kimya İnstitutunun əməkdaşlarının yeni kitabı nəşr olunmuşdur.
Mart 12, 2026 | 13:03 / Nəşrlər
Oxunub 161 dəfə

AR ETN Kimya İnstitutunun əməkdaşlarının b.e.i. Mehparə Nadiri, a.e.i. Yaqub Na­ğiyev, AMEA-nın müxbir üzvü Eldar Zeynalov, akademik Dilqəm Tağıyevin «Su – daxili sirrlər  və izharlar» adlı kitabı nəşr olunub.

Kitabda qeyri-adi, sirli maye - su, onun heyrətamiz xüsusiyyətləri, suyun yer üzərindəki həyat və hər birimiz  üçün əhəmiyyəti haqqında maraqlı mövzulardan bəhs edilir. Su təbiətdəki mayelər  içərisində yalnız ən çox yayılmış deyil, həm də ən vacib element­lərdən biridir. Planetimizdə həyat sudan yaranıb. Buna görə də onunla əlaqəli hadisələri və prosesləri başa düşmək çox vacıb məsələlərdən biridir. Bütün bu məsələlər kitabda öz əksini tapmışdır .

Mübaliğəsiz demək olar ki, fiziki və bioloji dünyanın xüsusiyyətləri əsasən suyun spesifik fiziki-kimyəvi xassələri ilə müəyyən edilir. Suyun qeyri-adi xassələri həm onlarda elektron sıxlığının xüsusi paylanması, həm də molekullararası hidrogen rabitəsinin olması ilə müəyyən edilən molekullarının quruluşu ilə əlaqələndirilir.

Kitabda yerdəki sirli maye - su, onun heyrətamiz xüsusiyyətləri haqqında, suyun planetimizdəki həyat və hər birimiz  üçün əhəmiyyəti haqqında maraqlı mövzulardan  bəhs edilir. Su planetimizdə ən çox yayılmış maddədir.  Bunlar okeanlar, dənizlər, çaylar, göllər, su hövzələridir. Bunlar həm  də  mavi görünən  dağ buzlaqları və yer üzünün örtükləri  olan sonsuz qar kütlələridir.

Qurğuşun rəngli və qəribə buludlar, yağış və duman da sudur. Su həm bizim orqanizmimizdədir. Belə ki bizim üçdə iki hissəmiz sudan ibarətdir.

Su təbiətdəki mayelər içərisində yalnız ən çox yayılmış deyil, həm də ən vacib elementdir. Bunun üçün təkcə həyatın suda yarandığını söyləmək kifayətdir.

Dünya ədəbiyyatında  Şumer  yazılarının,  Şumer dastanlarının, Şumerin su ilə başlayan mədəniyyətinin tarixilik baxımından öz siqləti, öz tale məqamı, öz qədim yeri və rolu var və bu baxımdan müəlliflərin “Su-daxili sirrlər və izharlar” kitabı çox maraqlıdır.

Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyasıdır. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri olmuşdur. Kitabda eramızdan çox-çox əvvəl ilkin şəhər mədəniyyətinin yaranmasında, eyni zamanda müasir dövrümüzə qədər olan tariximizdə suyun böyük rolu nəzərdən keçirilir, xalqımızın soykökündə dayanan, qədim tayfaların yaratdığı zəngin mədəniyyətimizin su ilə bağlı bir sıra aspektləri təhlil edilir. 

Mehparə Nadiri, Yaqub Nağiyev, Eldar Zeynalov, Dilqəm Tağıyev «Su – daxili sirrlər və  izharlar». “Elm nəşriyyatı”, Bakı - 2025, 240 səh.

 

JURNALLAR
Faydalı linklər