Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər
Apr 08, 2026 | 10:01 / Maraqlı məlumatlar
Apr 08, 2026 | 10:01 / Maraqlı məlumatlar
Oxunub
61 dəfə
Rusiyalı alimlər Antarktidanın Berks burnunda vahə aşkar ediblər.
Bu barədə Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi məlumat yayıb.
"Bu ərazidə əvvəllər tədqiq olunmamış 18 gölün hərtərəfli öyrənilməsi göstərdi ki, bu vahə Yer səthində dayanıqlı və bütöv bir formalaşmadır", - məlumatda bildirilir.
Qeyd olunur ki, dağlar və vadilərlə örtülü olan vahədə ortaillik temperatur mənfi 12 dərəcə Selsidir, buzdan azad ərazinin ümumi sahəsi isə 2.2 kvadrat kilometr qiymətləndirilir.
Ərazidə pinqvinlər, suitilər və Antarktika fırtınaquşuları yaşayır. Vahənin Antarktidanın tədqiqatçısı Arnold Budretskinin şərəfinə adlandırılması qərara alınıb.









