Apr 14, 2026 | 16:24 / Konfranslar, iclaslar
14.04.2026-cı il tarixində AR ETN “Kimya İnstitutu” PHŞ-in nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 18 üzvündən 15-i iştirak etmişdir. Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvü, k.e.d., prof. Məhəmməd Babanlı iştirakçılara yeni yaranmış şura haqqında ümumi məlumat verdi. Bundan sonra Bakı Dövlət Universitetinin sabiq dissertantı Ellada Sabir qızı Kərimovanın 2304.01–“Makromolekullar kimyası” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Butadien-stirol kauçuku əsasında tərkibində fosfor saxlayan yeni polimerin sintezi, onun ağır metal ionlarına və maya göbələyinə qarşı sorbsiya xassələrinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəyə qəbulu, rəsmi opponentlərin təyin edilməsi və işin yekun rəyini hazırlamaq üçün üç nəfərdən ibarət komissiyanın yaradılması məsələləri müzakirə edildi. Dissertasiya işi ilə şura üzvlərini k.ü.f.d., dos. Samirə Məmmədova tanış etdi. Bununla da Dissertasiya Şurası öz işini yekunlaşdırdı.









