Xəbərlər
Foto
SCImago Journal & Country Rank (SJR) 2025-ci il üçün nəticələrini elan etmişdir.
Apr 17, 2026 | 15:39 / Mühüm hadisələr
Oxunub 47 dəfə
Elsevier-in “Scopus” bazasındakı məlumatlara əsaslanaraq elmi jurnalları, ölkələri və tədqiqat qurumlarını reytinqə salan açıq elmmetrik portalı olan SCImago Journal & Country Rank (SJR) 2025-ci il üçün jurnalların qiymətləndirmə nəticələrini elan etmişdir.
Nəticələrə əsasən “Chemical Problems” jurnalı 1 səviyyə yüksələrək Q3 kateqoriyasında yer almışdır.

“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı (www.chemprob.org) 2002-ci ildə A.Ş. Əliyev tərəfindən qurulmuş, 2003-cü ildən nəşr olunmağa başlamışdır. İndiyə qədər jurnalda 2350-dən artıq elmi məqalə dərc olunmuşdur.

Jurnal 2009-cu ildən Chemical Abstract elmi informasiya bazasında referatlaşdırılır. Qeyd etmək lazımdır ki, jurnal  dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində  qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb.  Bundan başqa, “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr Web of Science bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

2021-ci ilin sentyabr ayından sözügüdən jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilmişdir (https://www.scopus.com/sourceid/21101065070).

Bu münasibətlə jurnalın baş redaktoru Vaqif Fərzəliyevi, redaksiya heyətini və yaradıcı kollektivini təbrik edirik və daha böyük uğurlara nail olmaqlarını diləyirik.

Qeyd edək ki, “Chemical Problems” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi Beynəlxalq nüfuzlu elmi bazalara daxil olan tövsiyyə olunan jurnallar siyahısına daxildir.

 

JURNALLAR
Faydalı linklər