Apr 22, 2026 | 12:13 / Mühüm hadisələr
AR ETN Kimya İnstitutunun "Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyasının əməkdaşlarının “Computational Strategies for Design and Optimization of Polymer-Supported Heterogenized Nanocatalysts” adlı məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan “Journal of Computational Chemistry” jurnalında dərc olunmuşdur.
Məqalə polimer daşıyıcılar üzərində immobilizə olunmuş heterogen nanokatalizatorların dizaynı və optimallaşdırılması üçün müasir hesablama yanaşmalarına həsr edilmişdir. Məqalədə molekulyar modelləşdirmə, kvant-kimyəvi hesablamalar və simulyasiya metodlarının katalitik sistemlərin quruluş–xassə əlaqələrinin müəyyən edilməsində rolu geniş şəkildə təhlil edilmişdir. Bununla yanaşı, müxtəlif hesablama yanaşmalarının katalizatorların aktivliyinin, selektivliyinin və stabilliyinin proqnozlaşdırılmasında tətbiqi göstərilmişdir.
Qeyd edək ki, Wiley nəşriyyatına məxsus olan, “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşən, impakt faktoru 4.8 olan bu jurnal Q1 kateqoriyalı yüksək reytinqli nəşrlərdən biri olub, hesablama metodlarının kimyəvi sistemlərin öyrənilməsində tətbiqinə həsr edilmiş tədqiqatların dərcinə fokuslanır.
H. F. Aslanova, N. T. Shikhverdiyeva, Ch. M. Seyidova, I. V. Shikhverdiyev, Sh. D. Tagiyev, N. A. Zeynalov, D. B. Tagiyev. Computational Strategies for Design and Optimization of Polymer-Supported Heterogenized Nanocatalysts. Journal of Computational Chemistry.Volume 47, Issue 11 e70383 (2026). https://doi.org/10.1002/jcc.70383









