Xəbərlər
AR ETN Kimya İnstitutunun əməkdaşlarının məqaləsi JOTCSA jurnalında dərc olunub.
Apr 24, 2026 | 13:59 / Mühüm hadisələr
Oxunub 44 dəfə

AR ETN Kimya İnstitutunun "Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyasının əməkdaşlarının “A Comprehensive Characterization of Physicochemical Properties, Functional Characteristics, and Industrial Applications of Gum Arabic” (Qummiarabikin fiziki-kimyəvi xüsusiyyətlərinin, funksional göstəricilərinin və sənaye tətbiqlərinin genişhəcmli elmi xarakteristikası) adlı məqaləsi “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil olan “Journal of the Turkish Chemical Society, Section A: Chemistry (JOTCSA)” jurnalında dərc olunmuşdur.

Bu məqalədə təbii polimer qummiarabikin fiziki-kimyəvi xassələri, funksional xüsusiyyətləri və sənayedə tətbiqləri geniş şəkildə araşdırılmışdır. Tədqiqatda onun struktur xüsusiyyətləri FTIR, XRD və SEM analizləri ilə öyrənilmiş, amorf quruluşa malik olduğu göstərilmişdir. Həmçinin müxtəlif konsentrasiyalarda özlülük davranışı tədqiq edilərək Mark–Houwink tənliyi ilə molekul kütləsi təxminən 246 kDa hesablanmışdır. Araşdırma göstərir ki, qummiarabik həm sənaye, həm də biotibbi sahələr üçün perspektivli təbii biomaterialdır.

Qeyd edək ki, Türk Kimya Cəmiyyətinin (Turkish Chemical Society) nəşriyyatına məxsus olan, “Scopus” beynəlxalq elmi bazada indeksləşən, impakt faktoru 2.3 olan bu jurnal Q3 kateqoriyalı nəşrlərdən biri olub, kimya elmləri üzrə beynəlxalq elmi jurnaldır və kimyanın bütün aspektlərini, əhatə edir.

Aliyeva A, Rahimli N, Aslanova H, Zeynalov N. A Comprehensive Characterization of Physicochemical Properties, Functional Characteristics, and Industrial Applications of Gum Arabic. JOTCSA. 2026, 1819419, p.1-13. https://doi.org/10.18596/jotcsa.1819419

JURNALLAR
Faydalı linklər