Apr 24, 2026 | 14:48 / Konfranslar, iclaslar
24 aprel 2026-ci il tarixində Kimya İnstitutunda fəaliyyət göstərən FD 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi və dos. Leyla Məşədiyevanın elmi katibliyi ilə keçirilən elmi seminarda İnstitutun fəlsəfə doktoru proqramı üzrə doktorantı Osmanova Arzu Xancigid qızının “Alunit filizindən vanadium 5-oksidin çıxarılması prosesinin kimyəvi aspektləri” mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işi k.e.d., prof. Arif Heydərovun elmi rəhbərliyi ilə yerinə yetirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. prof. Xudayar Həsənovun və k.ü.f.d. İlahə Həsənovanın çıxışından sonra doktoranta elmi seminarın iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermnin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.









