Xəbərlər
Foto
İnstitutun gənc alimi Ağazadə Aytən İsmət qızı kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Apr 28, 2026 | 11:07 / Mühüm hadisələr
Oxunub 59 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” PHŞ-in “Funksional xassəli qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının elmi işçisi Aytən İsmət qızı Ağazadə 2307.01 – “Fiziki kimya” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qurğuşun-bismut telluridləri əsasında topoloji izolyator xassəli maddələrin alınması və faza diaqramlarının modelləşdirilməsi” mövzusunda dissertasiya işini 16.05.2025-ci il tarixində müdafiə etmişdir.

İnstitutun gənc aliminə Ali Attestasiya Komissiyası Kollegiyasının 17.04.2026-cı il tarixli qərarı ilə 2307.01 – “Fiziki kimya” ixtisasında kimya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Kimya üzrə fəlsəfə doktoru Aytən Ağazadəni təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq.

JURNALLAR
Faydalı linklər