Xəbərlər
Foto
“Makromolekullar kimyası” ixtisası üzrə elmi seminarın növbəti iclası keçirilib.
May 01, 2026 | 15:37 / Konfranslar, iclaslar
Oxunub 85 dəfə

1 may 2026-cı il tarixində Kimya İnstitutunda fəaliyyət göstərən FD 1.15 Dissertasiya şurasının nəzdində 2303.01 – “Makromolekullar kimyası” ixtisası üzrə elmi seminarın növbəti iclası keçirilib.

İclas kimya elmləri doktoru dosent Kazım Qafar oğlu Quliyevin sədrliyi və kimya üzrə fəlsəfə doktoru dosent  Gülnarə Arif qızı Əliyevanın elmi katibliyi ilə baş tutub. Seminarda institutun fəlsəfə doktoru proqramı üzrə dissertantı Hümbətova Səadət Faiq qızının “Polimer matrisaları əsasında metal nanokompozitlərin alınması və tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılıb. Dissertasiya işi kimya elmləri doktoru Nizami Allahverdi oğlu Zeynalovun elmi rəhbərliyi ilə yerinə yetirilib.

Dissertantın təqdimatından sonra rəyçilər – kimya elmləri doktoru, dosent Nazimhikmət Rauf oğlu Bektaşi və kimya üzrə fəlsəfə doktoru, dosent Təranə Əli qızı Poladova çıxış edərək, işlə bağlı müsbət rəylərini bildiriblər. Daha sonra seminar iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar dissertant tərəfindən ətraflı cavablandırılıb. Müzakirələrin yekununda keçirilən gizli səsvermənin nəticələrinə və rəyçilərin müsbət rəylərinə əsasən, elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim olunmasını məqsədəuyğun hesab edib.

JURNALLAR
Faydalı linklər