May 05, 2026 | 16:52 / Mühüm hadisələr
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Kimya İnstitutu” PHŞ-nin böyük elmi işçisi və dissertantı Süleymanova Samirə 31 avqust – 02 sentyabr 2026-cı il tarixlərində Almaniyanın Haydelberq şəhərində keçiriləcək “9th International Symposium on Phospholipids in Pharmaceutical Research” beynəlxalq simpoziumunda iştirak etmək üçün “Phospholipid Research Centre” tərəfindən elan olunmuş səfər qrantının qalibi olmuşdur. Almaniyanın Haydelberq şəhərində keçiriləcək bu beynəlxalq simpoziumda Süleymanova Samirə “Colloid-chemical peculiarities of the dispersions based on L-α-phosphatidylcholine from egg yolk and cholesterol according to data of Dynamic Light Scattering and Zeta potential” (Yumurta sarısından alınmış L-α-fosfatidilxolin və xolesterinli dispersiyaların işığın dinamik səpilməsi və zeta-potensial metodlarının nəticələri əsasında kolloid-kimyəvi xüsusiyyətləri) adlı məruzə ilə çıxış etmək üçün dəvət almışdır.
Qeyd edək ki, Samirə Süleymanovanın simpoziumda iştirakı “Phospholipid Research Centre” mərkəzi tərəfindən maliyyələşdiriləcək.









