Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşları elmi-texniki konfransda iştirak etmişlər
May 08, 2026 | 14:10 / Konfranslar, iclaslar
Oxunub 79 dəfə

Kimya İnstitutunun PHŞ-nin əməkdaşları, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının elmi işçisi İsazadə Aygün və “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının elmi işçisi Əliyeva Şəfiqə Fövqəladə Hallar Nazirliyi Akademiyasının təşkil etdiyi, “Fövqəladə Hallarla Mübarizənin Aktual Problemləri” mövzusunda XI elmi-texniki konfransında iştirak etmişlər. Konfrans zamanı İsazadə Aygün “n-Alkanların oksidləşməsinin kinetik modellər əsasında inteqral təhlili” “MnP4VP əsaslı katalizatorların SEM və EDS analizi” mövzularında məruzə tezisləri ilə çıxış etmişdir. O, sadə, ekoloji təmiz, yenidən istifadə oluna bilən katalizatorların n-alkanların oksifunkisonallaşmasında yüksək effektivlilik və selektivlik göstərdiyini qeyd etmiş və ilk dəfə oksidləşmə prosesinin təsviri üçün beş müxtəlif kinetik modelin vahid analitik platformada inteqrasiya olunmasını bildirmişdir.

Məruzəçi sonda mövzu ətrafında suallara cavab vermişdir.

JURNALLAR
Faydalı linklər