May 14, 2026 | 13:57 / Nəşrlər
AR ETN Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında oksidləçmə prosesləri" laboratoriyasının əməkdaşlarının “ A model oxidation reaction initated by benzoyl peroxide for kinetig determination of antioxidant activity of fenolic antioxidant Lowinox 221B46 and lemonessential oil” ( “Fenol tərkibli Lowinox 221B46 antioksidantının və limon efir yağının antioksidant aktivliyinin kinetik qiymətləndirilməsi üçün benzoil peroksid tərəfindən inisiasiya olunan model oksidləşmə reaksiyası.”) adlı məqaləsi “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan “ ADVANCED Journal of Chemistry.Section A” jurnalında dərc olunmuşdur. Bu məqalədə şaxələnməmiş zəncir mexanizmlərinə malik karbohidrogen oksidləşməsi üzrə model reaksiyalar alkil (R•) və peroksi (RO2•) radikallarını tutan sintetik və təbii antioksidantların sürət sabitlərinin müəyyən edilməsi üçün kinetik test üsulları kimi geniş tətbiq olunur.İşdə kommersiya məqsədli fenol tərkibə malik antioksidant Lowinox 22IB46 və limon efir yağının (LEO) inhibitor aktivliyinin qiymətləndirilməsi üçün benzoil peroksid (BPO) tərəfindən inisiasiya olunan kumolun maye fazalı aerob oksidləşməsinə əsaslanan model sistemdən istifadə edilmişdir. Antioksidantların sınağından əvvəl kumolun oksidləşməsi 333 K temperaturda, təxminən 100-ə bərabər kinetik zəncir uzunluğunu təmin edən şəraitdə başladılmışdır. Yenidən kristallaşdırılmış (dixloretanla təmizlənmiş) BPO-nun inisiasiya sürəti və parçalanma sürət sabiti “Initiated Chain Reaction Rate” (RICR) metodu ilə müəyyən edilmişdir. Oksidləşmə sürəti oksigenin udulmasının ölçülməsi vasitəsilə izlənmişdir. Lowinox 22IB46 iştirak etdikdə, oksidləşmənin kinetik əyrisində sterik cəhətdən maneəli fenol tərkibli antioksidantların iştirakı ilə gedən klassik inhibə olunmuş karbohidrogen oksidləşməsi üçün xarakterik olan aydın induksiya dövrü müşahidə edilmişdir. Bu isə antioksidantın kinetik parametrlərinin düzgün müəyyən edilməsinə imkan vermişdir. Lowinox 22IB46 üçün effektiv inhibə sürət sabiti (f·nk7) və ümumi antioksidant aktivliyi (A) müvafiq olaraq 3.4×105 M-1·s-1 və (34 ± 6.0) s-1 olaraq müəyyən edilmişdir. Alınmış nəticələr ədəbiyyat məlumatları ilə uyğunluq təşkil edir. LEO-nun əlavə olunması oksigenin udulma əyrisinin meylini əhəmiyyətli dərəcədə azaltmış, nəticədə sabit vəziyyətdə oksidləşmə sürətinin azalmasına səbəb olmuşdur, lakin nəzərəçarpan induksiya dövrü müşahidə edilməmişdir. LEO-nun ümumi antioksidant aktivliyi A = 80.6% olaraq müəyyən edilmiş, 333 K temperaturda kumil radikalları ilə reaksiyalar üçün effektiv inhibə sürət sabiti isə k₁[LEO(C)] = (3.1 ± 0.3) ×10⁵ M⁻¹·s⁻¹ təşkil etmişdir.
Qeyd edək ki, “ Applied Chemistry” nəşriyyatına məxsus olan bu jurnal “Scopus” (IF=5.1; Q3) və «Web of Science» (IF=4,84; Q2) beynəlxalq elmi bazalarında indeksləşir.
Eldar Zeynalov, Ali Alizade, Yagub Naghiyev, Norman Allen «A Model Oxidation Reaction Initiated by Benzoyl Peroxide for Kinetic Determination of Antioxidant Activity of Phenolic Antioxidant Lowinox 22IB46 and Lemon Essential Oil» Volume 9, Issue 8, 2026, Pages 1486-1498 https://doi.org/10.48309/ajca.2026.555797.1959









