Xəbərlər
Foto
Kimya PHŞ-nin doktorantı Elmi Konfransın plenar iclasında məruzə ilə çıxış edib.
May 14, 2026 | 15:07 / Konfranslar, iclaslar
Oxunub 105 dəfə

AR ETN Kimya PHŞ-nin “Funksional xassəli qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının əməkdaşı Poladova Albina 13 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin təşkil etdiyi, “Kimya və Kimya Texnologiyasi” V Respublika Elmi Konfransın plenar iclasında “Argirodit tipli birləşmələr əsasında yüksək entropiyalı xəlitələr: faza tarazlıqları və sintez strategiyaları” mövzusunda maraqlı məruzə  ilə çıxış edib.

Eyni zamanda İnstitutun “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının elmi işçisi Əliyeva Şəfiqə, bölmə iclasında  “Azərbaycan, EP-300 qurğusu: piroliz prosesinin yan məhsulu-yüngül qətranın emalı” mövzusunda məruzə ilə çıxış etmişdir.

Qeyd edək ki, adı çəkilən konfransda İnstitutun gənc tədqiqatçıları k.ü.f.d. Hüseynova İlahə, elmi işçisi İsazadə Aygün və başqaları konfransın işində fəal iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər