Xəbərlər
Foto
“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın növbəti iclası keçirilib.
May 18, 2026 | 15:26 / Konfranslar, iclaslar
Oxunub 33 dəfə

18 may 2026-cı il tarixində AR ETN Kimya İnstitutu PHŞ-də fəaliyyət göstərən FD 1.15 Dissertasiya şurasının nəzdində 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın növbəti iclası keçirilib.

İclas professor Arif Əfəndinin sədrliyi və k.ü.f.d. Günel Əzimovanın elmi katibliyi ilə baş tutub. Seminarda institutun fəlsəfə doktoru proqramı üzrə dissertantı Mustafayeva Nərmin Ələsgər qızının “Propan qazından karbon nanoborularının sintezi və onların karbohidrogenlərin katalitik oksidləşmə proseslərində tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılıb. Dissertasiya işi AMEA-nın müxbir üzvü, professor Eldar Zeynalovun elmi rəhbərliyi ilə yerinə yetirilib.

Dissertantın təqdimatından sonra rəyçilər – kimya elmləri doktoru, dosent Şəhla Tağıyeva və kimya üzrə fəlsəfə doktoru, dosent Lətifə Həsənova çıxış edərək, işlə bağlı müsbət rəylərini bildiriblər. Daha sonra seminar iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar dissertant tərəfindən ətraflı cavablandırılıb.

Müzakirələrin yekununda keçirilən gizli səsvermənin nəticələrinə və rəyçilərin müsbət rəylərinə əsasən, elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim olunmasını məqsədəuyğun hesab edib.

 

JURNALLAR
Faydalı linklər