İyn 18, 2026 | 11:57 / Nəşrlər
AR ETN Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal–polimer katalizatorları” laboratoriyasının əməkdaşlarının “Benzyl Chloride–Quaternized Chitosan as a Tailored Support for Nickel Complex Formation: Structural Insights from FTIR and XRD” (Nikel kompleksinin formalaşması üçün kvaternizə olunmuş xitozan əsaslı daşıyıcılar :İQ və RFA üsulları ilə struktur xüsusiyyətlərinin tədqiqi) adlı məqaləsi Web of Science və Scopus beynəlxalq elmi bazalarında indekslənən, Q4 kateqoriyalı “Polymer(Korea)” jurnalında dərc olunmuşdur.
Məqalədə benzil xloridlə kvaternizə edilmiş xitozan əsaslı polimer daşıyıcıların nikel komplekslərinin formalaşmasında effektivliyi tədqiq edilmişdir. FTIR və XRD analizləri vasitəsilə materialların quruluş xüsusiyyətləri və metal–polimer qarşılıqlı təsirləri ətraflı şəkildə araşdırılmışdır. Qeyd edək ki, bu kompleksin benzolun selektiv hidrogenləşməsində katalizator kimi istifadəsi nəzərdə tutulub.
Nigar Shikhverdiyeva, Ulviyya Mammadova, Hajar Aslanova, Nargiz Rahimli, Chichak Seyidova və Nizami Zeynalov “Benzyl Chloride–Quaternized Chitosan as a Tailored Support for Nickel Complex Formation: Structural Insights from FTIR and XRD”, Polymer(Korea). https://journal.polymer-korea.or.kr/journal/archive/view/4653









