Xəbərlər
Foto
Kimya Institutunda elmi seminarın növbəti iclası keçirilib.
İyn 25, 2026 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 43 dəfə

25 iyun 2026-cı il tarixində AR ETN Kimya İnstitutu PHŞ-də fəaliyyət göstərən FD 1.15 Dissertasiya şurasının nəzdində 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın növbəti iclası keçirilib.

İclas professor Arif Əfəndinin sədrliyi və k.ü.f.d. Günel Əzimovanın elmi katibliyi ilə baş tutub. Seminarda institutun fəlsəfə doktoru proqramı üzrə doktorantı , İsazadə Aygün Fəxrəddin qızının “POLİMERLƏRƏ İMMOBİLİZƏ OLUNMUŞ NANOÖLÇÜLÜ MANQAN KATALİZATORLARININ İŞTİRAKI İLƏ n-C6-C8 ALKANLARIN OKSİDLƏŞMƏSİ” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılıb.

Elmi rəhbər: k.ü.e.d., baş e.i. Nizami Zeynalov

Elmi məsləhətçi: akademik Dilqəm Tağıyev

Doktorantın təqdimatından sonra rəyçilər – kimya elmləri doktoru, dosent Aygün Zabit qızı Əliyeva və kimya üzrə fəlsəfə doktoru Vüsal Musa oğlu Əhmədov çıxış edərək, işlə bağlı müsbət rəylərini bildiriblər. Daha sonra seminar iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar dissertant tərəfindən ətraflı cavablandırılıb.

Müzakirələrin yekununda keçirilən gizli səsvermənin nəticələrinə və rəyçilərin müsbət rəylərinə əsasən, elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim olunmasını məqsədəuyğun hesab edib.

JURNALLAR
Faydalı linklər