Xəbərlər
Foto
Kimya İnstitutunda "Gənclərə Dəstək" maarifləndirici seminarı keçirilib
İyn 29, 2026 | 13:25 / Konfranslar, iclaslar
Oxunub 121 dəfə

29 iyun tarixində AR Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Layihələr və qrantlar sektorunun təşkilatçılığı ilə "Gənclərə Dəstək" maarifləndirici seminarı keçirilib.Tədbiri giriş sözü ilə açan adı çəkilən sektorun baş mütəxəssisi İranə Cabbarova  bildirdi ki, seminar gənclərin elmi və akademik potensialının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, magistratura və doktorantura üzrə təqaüd proqramlarının qazanılması yolları, eləcə də beynəlxalq təqaüd və xaricdə təhsil proqramlarından faydalanma imkanlarının təqdim edilməsi məqsədilə təşkil olunub.

Sonra tədbirdə k.e.d.,professor  Etibar İsmayılov geniş prezentasiya ilə çıxış edərək iştirakçılara elmi karyera imkanları, magistratura və doktorantura üzrə beynəlxalq təqaüd proqramları, xaricdə təhsil imkanları barədə ətraflı məlumat verib. Məruzəçi PhD və elmi tədqiqatlar, doktorantura təhsili üçün tam maliyyə dəstəyi göstərən Fulbright (ABŞ),  Erasmus Mundus (Avropa), DAAD (Almaniya) və s. proqramlar haqqında ətraflı danışaraq gənc tədqiqatçıları bu proqramlarda aktiv iştirak etməyə çağırdı. Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və onların gələcək akademik inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

JURNALLAR
Faydalı linklər