İyl 13, 2026 | 10:50 / Maraqlı məlumatlar
Kembric Universitetinin tədqiqatçıları ekoloji enerji istehsalı sahəsində yeni üsul üzərində çalışırlar.
Dünya elmi ictimaiyyətinin diqqətini cəlb edən yeni araşdırma barədə məlumat “The Times of India” nəşrində yazılıb. Mənbənin yazdığına görə, Böyük Britaniyanın Kembric Universitetinin alimləri canlı orqanizmlərdən istifadə etməklə elektrik enerjisi istehsal edən yeni bioenerji sistemi hazırlayıblar.
Tədqiqatçılar bildirirlər ki, yosun və digər fotosintez edən mikroorqanizmlərin təbii proseslərindən istifadə edən bu texnologiya gələcəkdə kiçik elektron cihazların enerji təminatında tətbiq oluna bilər.
Mütəxəssislərin fikrincə, yeni yanaşma ənənəvi batareyaların yaratdığı ekoloji problemlərin azaldılmasına kömək edə bilər. Hazırda sistem böyük həcmdə enerji istehsal etmək gücündə olmasa da, alimlər onun gələcək inkişaf perspektivlərini yüksək qiymətləndirirlər.
Elm adamları hesab edirlər ki, biotexnologiya və enerji sahələrinin birləşməsi qarşıdakı illərdə daha səmərəli və ekoloji təmiz enerji həllərinin yaranmasına səbəb ola bilər.
N.Adilqızı









