İyl 22, 2026 | 10:47 / Mühüm hadisələr
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal–polimer katalizatorları” laboratoriyasının elmi işçisi Nigar Şixverdiyeva “Yaşıl Sintez və Kataliz” (Green Synthesis and Catalysis) jurnalında rəyçi kimi fəaliyyət göstərib.
Jurnal yaşıl kimya və kataliz sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərdən biri olmaqla yanaşı, Q1 kvartilinə daxildir.
Nigar Şixverdiyevaya jurnalın redaksiya heyəti tərəfindən rəyçi fəaliyyətini təsdiq edən sertifikat təqdim edilib. Eyni zamanda, təşəkkür əlaməti olaraq ona ScienceDirect, Scopus və Reaxys platformalarından 6 ay ərzində istifadə edilə bilən, ümumilikdə 30 günlük ödənişsiz giriş imkanı verilib.
Qeyd edək ki, “Yaşıl Sintez və Kataliz” jurnalı Elsevier-in ScienceDirect platformasında nəşr olunur və KeAi Publishing tərəfindən yayımlanır. Jurnal yaşıl sintez, dayanıqlı texnologiyalar və kataliz sahələrində yüksək səviyyəli elmi tədqiqatların dərc olunduğu nüfuzlu nəşrlərdən biridir və Web of Science və Scopus kimi aparıcı beynəlxalq elmi bazalarda indekslənir.









