Kimya İnstitutu GYDF və OIC-COMSTECH ilə əməkdaşlığa başlayıb
İyl 30, 2026 | 16:40 / Mühüm hadisələr
İyl 30, 2026 | 16:40 / Mühüm hadisələr
Oxunub
64 dəfə
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu Qlobal Gənclərin İnkişafı Forumu (GYDF) və İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (OIC-COMSTECH) ilə əməkdaşlığın ilkin mərhələsindədir.
İnstitutun Beynəlxalq əlaqələr sektorunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Araz Dövlətov GYDF tərəfindən əyani və onlayn formatda təşkil olunan "Mikroplastik Nəsli: Qanımızdakı plastik xarakterimizə necə təsir edir?" (“The Microplastic Generation: How the plastic in our blood is changing your character?”) adlı vebinarda iştirak edib.
GYDF Araz Dövlətovu Kimya İnstitutu ilə forum arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə xüsusi sertifikatla təltif edib.









