Avg 07, 2026 | 16:32 / Nəşrlər
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşları professor Etibar İsmayılov, aparıcı elmi işçilər Sevinc Osmanova və Aygün Rüstəmovanın xarici tədqiqatçılarla birgə apardıqları elmi araşdırmaların nəticələri Web of Science və Scopus beynəlxalq indeksləşmə bazalarına daxil olan Q1 kateqoriyalı “Catalysts” jurnalının 16-cı cildində dərc edilib.
“MnOx@Na2WO4/SiO2 katalizatoru səthində oksigenin spilloveri və volframın W6+/W4+ redoks çevrilməsi: atmosfer təzyiqində metanın C2 karbohidrogenlərinə selektiv oksidləşməsinin termodinamik və kinetik əsasları” adlı məqalədə Na2WO4-lə zənginləşdirilmiş katalizator səthində oksigenin kimyəvi potensialını tənzimləyən katalitik aktiv mərkəzlər araşdırılıb. Tədqiqatda prosesin termodinamik-kinetik modeli təklif olunub, oksigenin səth üzrə spilloveri və Mn–W redoks mübadiləsinin metanın C2 məhsullarına çevrilmə mexanizmi müəyyənləşdirilib. Əldə olunan nəticələr atmosfer təzyiqində metanın selektiv oksidləşməsi prosesinin əsas mexanizmlərini izah etməyə imkan verir.
Məqalə ilə buradan tanış ola bilərsiniz: https://www.mdpi.com/2073-4344/16/7/586









