Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşı Kəlbəcərdə beynəlxalq konfransda iştirak edib
Avg 12, 2026 | 12:37 / Konfranslar, iclaslar
Oxunub 67 dəfə

Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Kəlbəcərdə V Beynəlxalq Xəzər Elmi Araşdırmalar Konfransı keçirilib.
Konfrans çərçivəsində Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun dosenti Xuraman Əfəndiyeva “Bis(1,3-amiltritiokarbonat)-2-butoksimetoksipropanın sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə neft-kimya sahəsində kükürd, azot və fosfor saxlayan yeni maddələrin sintezi və onların sürtkü yağlarında aşqar kimi tətbiqi istiqamətində aparılan tədqiqatlardan bəhs olunub. Tədqiqat çərçivəsində epixlorhidrin əsasında bis(1,3-amiltritiokarbonat)-2-butoksimetoksipropan maddəsi sintez edilib. Sınaqlar nəticəsində maddənin sürtkü yağlarının siyrilməyə qarşı xassələrini yaxşılaşdırdığı və aşqar kimi tətbiq oluna biləcəyi müəyyən edilib.

JURNALLAR
Faydalı linklər