Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşı Beynəlxalq Gənclər Günü münasibətilə fəxri fərmanla təltif olunub
Avg 12, 2026 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 59 dəfə

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Fatimə Fətullayeva, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının məsləhətçisi Vasif Nəbiyev və digər şəxslər çıxış ediblər.
Tədbirin sonunda müxtəlif elm və təhsil müəssisələrini təmsil edən gənc alim və mütəxəssislər Bakı Şəhər Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif olunublar.
Təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova da olub. O, gənclərlə bağlı fəaliyyətinə və elmi-gənclər siyasətinə verdiyi töhfələrə görə fəxri fərmana layiq görülüb.

JURNALLAR
Faydalı linklər