Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşı Fırat Universitetində elmi-tədqiqat fəaliyyətini tamamlayıb
Avg 28, 2026 | 12:19 / Mühüm hadisələr
Oxunub 191 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşı Pərvanə Babayeva dissertasiya işi çərçivəsində bir ay müddətində Türkiyənin Fırat Universitetində elmi-tədqiqat səfərində olub.
O, Fırat Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində professor Mehmet Deniz Turanın elmi rəhbərliyi ilə “Hidrometallurgiya və filizlərin zənginləşdirilməsi” laboratoriyasında tədqiqatlar aparıb.
Pərvanə Babayevanın dissertasiya mövzusu “Alunit filizinin emalı zamanı kənar qarışıqların (Fe, Ti, Si, P) təmizlənməsinin fiziki-kimyəvi aspektləri”dir. Tədqiqat alunit filizinin emalı zamanı filizin tərkibində mövcud olan dəmir (Fe), titan (Ti), silisium (Si) və fosfor (P) kimi kənar komponentlərin təmizlənməsi proseslərinin elmi əsaslarının araşdırılmasına yönəlib.
Səfərin sonunda Fırat Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi Departamenti tərəfindən Pərvanə Babayevaya “Elmi tədqiqat səfəri” sertifikatı təqdim edilib.

JURNALLAR
Faydalı linklər