Xəbərlər
Foto
Kimya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda elmi məruzə ilə çıxış edib
Sen 09, 2026 | 14:36 / Konfranslar, iclaslar
Oxunub 112 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun böyük elmi işçisi, dissertant Samirə Süleymanova Almaniyanın Haydelberq şəhərində keçirilən "Fosfolipidlərin farmasevtik tədqiqatlarda tətbiqinə dair IX Beynəlxalq Simpozium"da (9th International Symposium on Phospholipids in Pharmaceutical Research) beynəlxalq simpoziumunda iştirak edib.
Samirə Süleymanova simpoziumda iştirak etmək üçün “Fosfolipidlər üzrə Tədqiqat Mərkəzi”nin (Phospholipid Research Center) elan etdiyi səfər qrantının qalibi olub.
Beynəlxalq simpozium çərçivəsində Samirə Süleymanova “Yumurta sarısından alınmış L-α-fosfatidilxolin və xolesterinli dispersiyaların işığın dinamik səpilməsi və zeta-potensial metodlarının nəticələri əsasında kolloid-kimyəvi xüsusiyyətləri” (Colloid-chemical peculiarities of the dispersions based on L-α-phosphatidylcholine from egg yolk and cholesterol according to data of Dynamic Light Scattering and Zeta potential) mövzusunda elmi məruzə ilə çıxış edib.
“Fosfolipidlər üzrə Tədqiqat Mərkəzi” tərəfindən təşkil olunan beynəlxalq simpozium müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirib. Tədbirdə fosfolipidlərin farmasevtik sahədə tətbiqi, innovativ dərman daşıyıcı sistemlərinin hazırlanması və müasir elmi yanaşmalar müzakirə olunub.
Simpozium çərçivəsində iştirakçılar arasında elmi fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

JURNALLAR
Faydalı linklər