Sen 17, 2026 | 11:31 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı”nda iştirak ediblər.
Tədbir yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirib. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.
Təbdir çərçivəsində panel iclaslarda “Orta Dəhliz regional inteqrasiya və infrastruktur yönümlü inkişaf üçün katalizator kimi”, “TDT dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: tendensiyalar və istifadə olunmamış imkanlar” və “Davamlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzuları müzakirə olunub.
Panel sessiyalarında 10-na yaxın ölkədən 30-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış ediblər.









