Sen 17, 2026 | 14:41 / Konfranslar, iclaslar
Noyabrın 25-27-də Gürcüstanın Tbilisi (onlayn) və Batumi (əyani) şəhərlərində “Kimya, Kimya Texnologiyaları və Əlaqəli Sahələrdə Müasir Trendlər: Yaşıl Enerji Perspektivləri, Ekoloji Davamlılıq, Qida Təhlükəsizliyi - 2026” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Tədbir Gürcüstanın Rafael Aqladze adına Qeyri-Üzvi Kimya və Elektrokimya İnstitutunun 70 illik yubileyinə həsr olunub.
Konfransda müxtəlif ölkələrin elm və tədqiqat mərkəzlərini təmsil edən mütəxəssislərin plenar məruzələrlə çıxış etməsi nəzərdə tutulur.
Konfrans çərçivəsində kimya və əlaqəli elm sahələrində aktual elmi məsələlərin müzakirəsi, yeni tədqiqat nəticələrinin təqdim olunması və mütəxəssislər arasında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Tədbirin elmi proqramı aşağıdakı 6 əsas tematik istiqaməti əhatə edir:
- Nanoproseslər və nanotexnologiyalar - nanomateriallar, nanokompozitlər, nanosistemlər;
- Faydalı qazıntıların və təkrar xammalın emalının fundamental və texnoloji aspektləri;
- Yaşıl kimya – innovativ materiallar, tullantıların təmizlənməsi üsulları, enerji və ekologiya;
- Elmi innovasiyaların populyarlaşdırılması və kommersiyalaşdırılması;
- Qida kimyası və keyfiyyəti – biokimyəvi dəyişikliklər, qida təhlükəsizliyi, müasir emal texnologiyaları;
- STEM+P: Elm, innovasiya və siyasət – elmi tədqiqatların idarə edilməsi, yaşıl iqtisadiyyat, intellektual mülkiyyət və patentləşdirmə.
Tədbirdə iştirak etmək istəyən alim və tədqiqatçılar məruzə tezislərini oktyabrın 15-dək təqdim edə bilərlər.
Konfrans haqqında ətraflı məlumat və proqramla buradan tanış olmaq mümkündür.









