Xəbərlər
Foto
“Chemical Problems” jurnalının 2027-ci il üzrə ilk sayı nəşr olunub
Sen 17, 2026 | 15:30 / Konfranslar, iclaslar
Oxunub 67 dəfə

Scopus beynəlxalq indeksləşmə bazasına daxil olan və Q3 kvartilində qiymətləndirilən “Chemical Problems” elmi jurnalının 2027-ci il üzrə ilk sayı nəşr olunub.

Jurnalın yeni sayında Özbəkistan, İraq, Gürcüstan və Azərbaycandan olan alimlərin kimyanın müxtəlif istiqamətləri üzrə apardıqları tədqiqatların nəticələrini əks etdirən elmi məqalələr yer alıb.

Nəşrdə kimyanın müxtəlif sahələrinə dair aktual elmi məsələlərə həsr olunmuş araşdırmalar təqdim edilir. Məqalələr beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və kimya elminin aktual istiqamətləri üzrə yeni nəticələrin elmi ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyır.

“Chemical Problems” jurnalının 2027-ci il üzrə ilk sayında dərc olunan məqalələrlə jurnalın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

JURNALLAR
Faydalı linklər