Xəbərlər
Foto
Kimya İnstitutunun nümayəndəsi AZTV radiosunda institutun elmi fəaliyyəti və gənc tədqiqatçılar üçün yaradılan imkanlardan danışıb
Sen 18, 2026 | 12:32 / Konfranslar, iclaslar
Oxunub 27 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov AZTV radiosunun efirində çıxış edib.

Araz Dövlətov müsahibə zamanı Kimya İnstitutunun elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və gənc tədqiqatçıların elmə cəlb olunması istiqamətində həyata keçirilən layihə və tədbirlər barədə məlumat verib.

O bildirib ki, institut 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq fundamental və tətbiqi istiqamətlərdə tədqiqatlar aparır, innovativ layihələr həyata keçirir. Qeyd edib ki, Kimya İnstitutunun Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin birgə keçirdiyi müsabiqədə iki layihəsi qalib olub.

Araz Dövlətovnı gənclərin elmə marağının artırılması istiqamətində həyata keçirilən tədbirlərə də toxunub. Bildirib ki, gənc alim və mütəxəssislərin müasir elmi nailiyyətlərlə tanışlığı və beynəlxalq elmi mühitə inteqrasiyası məqsədilə xarici ölkələrdən dəvət olunan professor və aparıcı alimlərin iştirakı ilə seminarlar təşkil edilir. Qeyd edib ki, seminarların gənc tədqiqatçıların daha rahat iştirakı üçün tərcümə ilə keçirilməsi də nəzərdə tutulur.

Araz Dövlətov gənc alimlərə müraciət edərək onları elmi layihələr üzərində ardıcıl işləməyə, əldə etdikləri nəticələri beynəlxalq elmi müstəviyə çıxarmağa və tədqiqatlarını praktik tətbiq imkanları baxımından inkişaf etdirməyə çağırıb.

O, həmçinin Kimya İnstitutunda “yaşıl kimya”, nanokompozit materiallar, korroziyadan mühafizə və digər prioritet istiqamətlər üzrə aparılan tədqiqatlar, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

 

JURNALLAR
Faydalı linklər