Sen 22, 2026 | 10:52 / Konfranslar, iclaslar
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) yeni tədris ilində ilk iclası keçirilib.
İclasda 18 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş və Şuranın Katibliyi tərəfindən sistemləşdirilmiş 150-dək dissertasiya mövzusu müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı təqdim olunan dissertasiya mövzularına dair Şura üzvlərinin rəy və təklifləri dinlənilib, mövzuların elmi istiqamətlər üzrə uyğunluğu və aktuallığı ətrafında fikir mübadiləsi aparılıb.
İclasın yekununda dissertasiya mövzularının təsdiq edilməsi məsələsi açıq səsverməyə çıxarılıb. Səsvermənin nəticəsinə əsasən, təqdim olunan dissertasiya mövzularının təsdiq edilməsi barədə qərar Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.









