Xəbərlər
Foto
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub
Okt 07, 2026 | 17:11 / Konfranslar, iclaslar
Oxunub 31 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının iclası keçirilib.

İclasda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı Səadət Hümbətovanın “Polimer matrisaları əsasında metal nanokompozitlərin alınması və tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi baş tutub.

Müdafiə 2304.01 – “Makromolekullar kimyası” ixtisası üzrə təşkil olunub. Dissertasiya işinin elmi rəhbəri kimya elmləri doktoru, professor Nizami Zeynalovdur.

Dissertasiya işinin rəsmi opponentləri AMEA Rəyasət Heyətində AMEA-nın müşaviri, akademik, kimya elmləri doktoru, professor Adil Qəribov, Bakı Dövlət Universitetinin kafedra müdiri, kimya elmləri doktoru, professor Rasim Alosmanov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya üzrə fəlsəfə doktoru Rəsmiyyə Məmmədovadır.

Tədqiqat işində sintetik və təbii polimerlər mühitində əlavə reduksiyaedicilərdən istifadə etməklə, eləcə də polimer maddələrinin özlərinin reduksiyaedici kimi sistemə daxil edilməsi yolu ilə pH-a həssas gümüş və maqnetit nanohissəcikləri əsasında “ağıllı” materialların sintezi və tədqiqi məsələləri araşdırılıb.

Dissertasiya işinin əsas məqsədi əldə olunan nanokompozitlərin daşıyıcı kimi istifadə imkanlarını müəyyənləşdirmək, onların bioloji və elektrik keçiricilik xassələrini öyrənməkdən ibarətdir.

Tədqiqatın digər mühüm istiqamətlərindən biri sement qarışığının bərkiməsindən sonra elastikliyini və adgeziyasını artırmaq, eləcə də istiliyin daha bərabər paylanmasını təmin etmək məqsədilə maqnetit nanohissəcikləri və polimer əlavələr əsasında tərkiblərin hazırlanması və xassələrinin öyrənilməsidir.

JURNALLAR
Faydalı linklər