Xəbərlər
Foto
Kimya İnstitutunun “Liderlik və idarəetmə bacarıqları” mövzusunda təlimdə iştirak ediblər
Okt 09, 2026 | 14:05 / Konfranslar, iclaslar
Oxunub 113 dəfə

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə əməkdaşların liderlik və idarəetmə bacarıqlarının inkişafına həsr olunmuş iki günlük təlim keçirilib.

Təlimi BDU rektorunun müşaviri Asiman İlyasov aparıb. Təlimdə BDU-nun əməkdaşları ilə yanaşı, Kimya İnstitutunun əməkdaşları və müxtəlif təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Təlim çərçivəsində müasir liderlik nəzəriyyələri və yanaşmaları, effektiv idarəetmə prinsipləri, komandanın formalaşdırılması və motivasiyası, səmərəli kommunikasiya və komanda işi, qərar qəbuletmə mexanizmləri, münaqişələrin idarə olunması və situativ idarəetmə məsələləri müzakirə edilib.

Mövzular praktiki nümunələr, interaktiv müzakirələr və situasiya əsaslı tapşırıqlar vasitəsilə izah olunub. Bu yanaşma iştirakçıların nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməyə imkan yaradıb.

Təlim zamanı müasir liderliyin yalnız qərar qəbul etməklə məhdudlaşmadığı, həmçinin əməkdaşların potensialının üzə çıxarılmasını, motivasiyanın artırılmasını, etimada əsaslanan iş mühitinin formalaşdırılmasını və komanda resurslarından strateji məqsədlərə nail olmaq üçün səmərəli istifadəni əhatə etdiyi vurğulanıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, əldə olunan bilik və bacarıqların praktiki fəaliyyətdə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

JURNALLAR
Faydalı linklər