Xəbərlər
Foto
"Kimya İnstitutunda SOCAR “Elm və Təhsil Fondu”nun maliyyələşdirdiyi qrant layihə hesabatları geniş müzakirə olunub
Okt 09, 2026 | 17:42 / Konfranslar, iclaslar
Oxunub 81 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Əvvəlcə institutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev iclasın gündəliyi barədə məlumat verib.

O bildirib ki, SOCAR-ın “Elm və Təhsil Fondu” tərəfindən 2025–2026-cı illər üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrin alimləri ilə SOCAR əməkdaşlarının birgə iştirakını nəzərdə tutan layihə müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, nazirliyin tabeliyindəki elmi müəssisələrin 24 layihəsi qalib elan edilib və onlardan ikisi institutda həyata keçirilir. Bildirib ki, bu gün iclasda həmin qalib elan olunan layihələrin aralıq hesabatları dinləniləcək.

İlk olaraq, “Balaxanı yatağında neftveriminin mikrobioloji üsulla artırılması” layihəsi üzrə hesabat təqdim olunub. Hesabatla “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru İradə Eyvazova çıxış edib. O, layihə çərçivəsində görülən işlər barədə ətaflı danışıb. Layihənin rəhbəri kimya elmləri doktoru, professor Pərvin Məmmədovadır.

Daha sonra kimya elmləri doktoru, professor Etibar İsmayılov “Qum təzahürlü sulaşmış quyularda neft hasilatının artırılması üçün in-situ gel əmələ gətirən nano-SiO₂/akrilamid əsaslı tərkibin işlənməsi” layihəsi üzrə hesabatla çıxış edib. Hesabatda görülən elmi tədqiqat işləri, layihə çərçivəsində çap olunan elmi əsərlər barəsində məlumat verib. Layihənin rəhbəri kimya üzrə fəlsəfə doktoru, dosent Aygün Rüstəmovadır.

Sonra institutun 2316.01 - “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə əyani doktorantı Şahin Orucovun dissertasiya işinə, həmçinin 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmlər doktoru hazırlığı proqramının sabiq doktorantı, kimya üzrə fəlsəfə doktoru, dosent Sevinc Osmanovanın dissertasiya işinə elmi məsləhətçi təyin edilməsi məsələlərinə baxılıb.

İclasda gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib və müvafiq qərar qəbul edilib.

JURNALLAR
Faydalı linklər