Xəbərlər
Foto
Kimya İnstitutunda ionogellərə həsr olunmuş onlayn seminar keçirilib
Okt 14, 2026 | 16:23 / Konfranslar, iclaslar
Oxunub 86 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektoru tərəfindən gənc tədqiqatçılar və doktorantlar üçün onlayn seminar təşkil olunub.

Seminarın açılışında Beynəlxalq əməkdaşlıq sektorunun nümayəndəsi Araz Dövlətov Rusiya Elmlər Akademiyasının Q.A. Krestov adına Kimya Məhlulları İnstitutu ilə Kimya İnstitutu arasında elmi əməkdaşlığın ilkin mərhələsinin başlandığını vurğulayıb. O, seminara və elmi müzakirələrə verdiyi töhfəyə görə professor Aleksandr Viktoroviç Ağafonova təşəkkür edib, tədbirin təcrübə mübadiləsi, elmi əlaqələrin inkişafı və gələcək birgə tədqiqatların təşviqi baxımından əhəmiyyətini qeyd edib.

Daha sonar Professor Aleksandr Viktoroviç Ağafonov “İon mayeləri və qeyri-üzvi doldurucular əsasında ionogellər: yeni effektlər və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ion mayeləri əsasında ionogellərin alınma üsulları, qeyri-üzvi doldurucuların bu materialların xassələrinə təsiri, müşahidə olunan yeni effektlər və onların potensial tətbiq sahələri barədə məlumat verilib.

JURNALLAR
Faydalı linklər